Xırdalan şəhərində yaşayan iki qardaş evlərində dəm qazından zəhərlənərək ölüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, oktyabrın 4-də Xırdalan şəhərində yaşayan İlham Musayev və qardaşı İntiqam evlərində dəm qazından zəhərlənərək ölüblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
