Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Azərbaycana 100 milyon dollaradək məbləğdə kreditin verilməsini planlaşdırır.

Bu barədə bank məlumat verir.

Qeyd olunur ki, bu qərar iyulun 15-də təsdiq oluna bilər. Kreditin koronavirus pandemiyasının tibbi, sosial və iqtisadi fəsadlarının yumşaldılması üzrə tədbirlərin reallaşdırılmasına dəstək məqsədilə ayrılması planlaşdırılır.

Proqramın ümumi dəyəri 1,773 milyard dollar həcmində ölçülür ki, bunun 1,423 milyard dollarını Azərbaycan hökuməti qarşılayacaq. Qalan 250 milyon dolları Asiya İnkişaf Bankı, 100 milyon dolları isə AIIB təmin edəcək.

Kredit üzrə icraçılar Azərbaycan hökuməti və Maliyyə Nazirliyi olacaq.

.