Asiya İnkişaf Bankının (AİB) yenilənmiş proqnozlarına əsasən, bu il Azərbaycan iqtisadiyyatı 1,9% böyüyəcək.

AİB-in "Asian Development Outlook (ADO) 2021: Financing a Green and Inclusive Recovery" adlı yeni dərc olunmuş hesabatının verdiyi məlumata görə, iqtisadi artımın əsas drayverləri daha yüksək karbohidrogen qiymətləri olacaq. 2022-ci ildə isə ölkədə ÜDM-in artım tempinin sürətlənərək 2,5%-ə çatacağı gözlənilir.

Hesabatda qeyd edilir ki, COVID-19 pandemiyasının səngiməsi, yerli və xarici tələbin bərpa olması iqtisadi artıma müsbət təsir göstərəcək. Ermənistanla 44 günlük müharibənin isə aşağı mənfi iqtisadi təsirinin olduğu bildirilir. İstehlakçıların etibarı bərpa edildikdə və neft gəlirlərinin dövlət investisiyaları üçün istifadəyə üçün daha əlçatan olandan sonra, qeyr-neft sektorunun inkişafının neft sənayesini geridə qoyacağı güman edilir.

Xatırladaq ki, Azərbaycanın COVID-19-a qarşı müxtəlif vaksinlərin tədarükçüsü olduğu üçün artıq bu ilin sonuna ölkə əhalisinin 20%-nin peyvənd olunacağı proqnozlaşdırılır.

AİB gələn il Azərbaycanda inflyasiyanın yavaşlayacağını proqnozlaşdırır

Asiya İnkişaf Bankının (AİB) yenilənmiş proqnozlarına əsasən, bu il Azərbaycanda istehlak qiymətlərinin artımının 3,5% təşkil edəcəyi gözlənilir. Halbuki bundan öncə bankın gözləntiləri 3,2% səviyyəsində idi.

AİB-in "Asian Development Outlook (ADO) 2021: Financing a Green and Inclusive Recovery" adlı yeni dərc olunmuş hesabatının verdiyi məlumata görə, sözügedən artım dizel və benzin qiymətlərinin müvafiq olaraq 33% və 10% artmasını əks etdirəcək. 2022-ci ildə gözlənilən ərzaq qiymətlərinin azalması isə gələn il inflyasiyanı 3%-dək yavaşladacağı proqnozlaşdırılır.

Bankın hesabatında həmçinin qeyd edilir ki, ölkədə kommunal tariflərin artacağı təqdirdə inflyasiyanın səviyyəsi proqnozlaşdırılandan da yuxarı ola bilər. Lakin manatın idarə olunan məzənnəsi idxal qiymətlərinin inflyasiyaya təsirini məhdudlaşdıracaq.

.