Asiya İnkişaf Bankı (AİB) bu il Azərbaycan iqtisadiyyatında 2,2%-lik artım gözləyir.

Bankın sentyabr proqnozlarına görə, bu, mart gözləntiləri ilə müqayisədə 0,3 faiz bəndi çoxdur.

AİB 2022-ci ildə ölkədə real ÜDM artımını 2,5% səviyyəsində proqnozlaşdırır ki, bu proqnoz mart ayının gözləntiləri ilə müqayisədə dəyişməz qalıb.

AİB: Azərbaycanda bu il inflyasiya hədəf diapazonu çərçivəsində qalacaq

Asiya İnkişaf Bankı (AİB) bu il Azərbaycanda ortaillik inflyasiyanın 4,5% səviyyəsində olacağını proqnozlaşdırır. Bu proqnoz Azərbaycan Mərkəzi Bankının (AMB) 4±2% hədəf çərçivəsində yerləşir.

Bankın sentyabr proqnozlarına görə, builki inflyasiya üzrə proqnoz mart gözləntiləri ilə müqayisədə 1 faiz bəndi çoxdur. 2022-ci ildə isə AİB Azərbaycanda ortaillik inflyasiyanın 3% olacağını proqnozlaşdırır ki, bu proqnoz mart gözləntiləri ilə müqayisədə dəyişməz qalıb.

Qeyd edək ki, AMB faiz dəhlizinin parametrlərinə dair sonuncu sənəddə ölkədə inflyasiyanın 2021-ci ildə 4±2% diapazonunda formalaşacağını bildirmişdi.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda ortaillik inflyasiya 2,8% təşkil edib.

.