Aİ ölkələrinin XİN rəhbərləri Brüsseldə keçiriləcək görüşdə Rusiyaya qarşı sanksiyaların uzadılmasını müzakirə edəcəklər.

Yenizaman-n TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının nümayəndəsi Ariana Podesta brifinqdə bildirib.

"Müzakirələr davam edir. Nazirlər bu məsələni bazar ertəsi müzakirə edəcəklər", - o deyib.

Qeyd edək ki, yanvarın 27-də Brüsseldə Aİ Şurasının XİN rəhbərləri səviyyəsində planlaşdırılmış aylıq iclası keçiriləcək.

.