Avropa İttifaqına üzv 27 ölkənin XİN rəhbərləri yanvarın 23-də Ermənistana yeni missiya göndərmək barədə qərar qəbul edəcək.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə Aİ-nin yüksək rütbəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.

O qeyd edib ki, missiyanın göndərilməsi Cənubi Qafqazda sabitliyə töhfə verməlidir.

Xatırladaq ki, “Politico” nəşri diplomatik mənbələrə istinadən məlumat yaymışdı ki, Aİ Ermənistan-Azərbaycan sərhədinə iki illik mandatla 100 müşahidəçidən ibarət missiya göndərməyi planlaşdırır.

.