
Avropa İttifaqı və israil arasında Qəzzadakı humanitar vəziyyətlə bağlı razılaşma əldə olunub.
Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas özünün X hesabındakı paylaşımında bildirib
“Bu gün biz Qəzzada humanitar yardımın daha da əlçatan edilməsi ilə əlaqədar olaraq İsraillə razılığıa gəldik. Beləliklə daha çox keçidlər açılacaq, yardım və ərzaq maşınları Qəzzaya daxil olacaqlar. Həyati infrastruktur yenidən qurulacaq və yardım paylayan işçilərin təhlükəsizliyi təmin ediləcək. Biz razılaşdığımız hər bir məsələnin icra olunacağı barədə İsrailə güvənirik”- Kallas paylaşımında qeyd edib.
Diqqətə çatdıraq ki, 2023-cü ilin oktyabrından bəri İsrailin hücumlarında həlak olan fələstinlilərin sayı 58000-ə yaxınlaşıb.
.