
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukraynanın bərpa və yenidənqurma səylərini dəstəkləmək üçün 2,3 milyard avro həcmində yeni paket elan edib.
Yenizaman Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin məlumatında bildirilib.
"Ukrayna hər gün enerji, təhsil və mədəniyyət sahələrində Aİ-yə yaxınlaşır. Avropa Ukraynanı dəstəkləyir", - fon der Lyayen Romada keçirilən Ukraynanın Bərpası üzrə Konfransda çıxışı zamanı bildirib.
Qeyd olunub ki, “Ukraine Investment Framework” çərçivəsində beynəlxalq və ikitərəfli dövlət maliyyə qurumları ilə imzalanmış 2,3 milyard avro məbləğində yeni sazişlər paketi 1,8 milyard avro kredit zəmanətləri və 580 milyon avro qrantları əhatə edir.
Bu vəsaitlər, xüsusilə, kiçik və orta biznesin dəstəklənməsinə (zəmanətlər və qrantlar şəklində 500 milyon avro); enerji, nəqliyyat və istehsal kimi əsas sektorlarda özəl sektorun böyük layihələrinə (600 milyon avro); müharibədən zərər çəkmiş bölgələrdə bələdiyyə infrastrukturuna, o cümlədən səhiyyəyə, mənzil təminatına (520 milyon avro) və s. yönəldiləcək.
.