
Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın tələb etdiyi kimi, tədricən Rusiya enerji daşıyıcılarından imtina edir.
Bu barədə “The Guardian“ Avropa Komissiyasının baş spikeri Paula Pinyunun açıqlamasına istinadla məlumat verib.
“Rusiya energi daşıyıcılarından tədricən imtina – biz bunu artıq bir neçə ildir, müharibənin başlanğıcından etibarən, çox dəqiq yol xəritəsi ilə fəal şəkildə həyata keçiririk. İndi bizdə hətta qazın Aİ-yə daxil olmasının dayandırılması ilə bağlı qanunvericilik təklifi də var,” – o, bildirib.
Pinyu əlavə edib ki, Aİ bu planı həyata keçirmək üçün aktiv şəkildə çalışır və bunun necə baş verəcəyi barədə aydın mexanizm müəyyən olunub.
O, həmçinin təsdiqləyib ki, Rusiyaya qarşı 19-cu sanksiyalar paketi hələ hazırlanma mərhələsindədir və üzv dövlətlərə təqdim olunmayıb.
.