Azərbaycanla enerji sahəsində əməkdaşlıq başlıca prioritetlərimizdəndir.

Bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib.

O bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq bir sıra sahələri əhatə edir.

“Xüsusilə də enerji sahəsində sıx əməkdaşlığı buna misal göstərmək olar. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Azərbaycana səfəri və tərəflər arasında enerji sahəsində memorandum imzalanması da Aİ-Azərbaycan arasında strateji tərəfdaşlığının bariz nümunəsidir.

Çox şadam ki, enerji sahəsinə korporativ əməkdaşlıq, bu sahədə perspektivlər elmi səviyyədə müzakirə edilir, müxtəlif ekspertlər tərəfindən dəyərləndirilir, akademik səviyyədə müzakirə edilir. Buna görə, ADA-ya və Bakı Yay Enerji Məktəbinin təşkilatçılarına minnətdaram" - Mixalko əlavə edib.

.