Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanla ən yüksək səviyyədə işləməyə davam edir.

Bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar "Twitter"də bildirib.

"Aİ hələ də ən yüksək səviyyədə işləməyə davam edir və bizim məqsədimiz Ermənistan və Azərbaycana sabit, təhlükəsiz və firavan Cənubi Qafqazı təmin edəcək hərtərəfli və dayanıqlı razılaşmaya nail olmaqda kömək etməkdir", Klaar bildirib.

.