Avropa İttifaqı (Aİ) Rusiyadan olan və Aİ ölkələrinə girişi qadağan edilən 47 fiziki və 15 hüquqi şəxsə qarşı sanksiyaları bir il müddətinə uzadıb.

"Report"un xarici KİV-lərə istinadən məlumatına görə, bu barədə Aİ-nin bəyanatında deyilir.

Bəyanatda bildirilib ki, Rusiyanın davam edən hibrid fəaliyyətləri ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər 2026-cı il oktyabrın 9-dək uzadılıb.

Qeyd edilib ki, bu sanksiya mexanizminə Rusiya aktivlərinin bloklanması da daxildir.

.