Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiya paketini tezliklə təqdim edəcək.

Bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Kiyevə səfəri zamanı deyib.

O, sanksiya paketinin detallarını da bölüşüb.

“Tezliklə Rusiyanın idxal və ixraca yeni qadağalar, həmçinin Rusiya neftinin maksimal qiymətinin sərtləşdirilməsi ilə bağlı paket təqdim ediləcək”, Avropa Komissiyasının rəhbəri bildirib.

.