Avropa İttifaqı (Aİ) koronavirusa qarşı “Sputnik V” peyvəndinin qeydiyyatı ilə bağlı Rusiyanın müraciətini qəbul edib.

“RİA Novosti” verdiyi xəbərə görə, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu məlumat yayıb.

Bildirilib ki, “Sputnik V” peyvəndinin Aİ-də qeydiyyata alınması üçün yanvar ayında Avropa Dərmanlar Agentliyinə rəsmi müraciət göndərilib və artıq bu müraciət Agentlik tərəfindən təsdiqlənib.

Avropa Dərmanlar Agentliyi Rusiya istehsalı olan peyvəndin müvafiq şərtlərə cavab verib-verməyəcəyini müəyyənləşdirdikdən sonra onun Aİ-də istifadəsi məsələsinə qərar verəcək.

.