Avropa İttifaqı (Aİ) liderləri "prinsipcə" Rusiyadan neft idxalına qadağa qoyulması ilə bağlı razılığa gəliblər.

“Reuters“-in xəbərinə görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.

“Mən çox şadam ki, liderlər altıncı sanksiyalar paketi ilə bağlı prinsipcə razılıq əldə edə biliblər. Şura indi Rusiyadan bütün neft idxalının təxminən 90%-nin ilin sonunadək qadağan edilməsi ilə bağlı işləri yekunlaşdıra bilər. Bu irəliyə doğru vacib bir addımdır. Boru kəmərləri ilə nəql olunan yerdə qalan 10%-ə bağlı məsələyə isə tezliklə qayıdacağıq”, - deyə fon der Leyen jurnalistlərə açıqlamasında bildirib.

.