Avropa İttifaqı ölkələri ilin sonuna qədər Rusiya neftinin idxalını dayandırmaq niyyətindədir.

Bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Aİ-nin Rusiyaya qarşı sanksiyalarının altıncı paketinə daxil ediləcək yeni məhdudiyyətlərlə bağlı qərar gələn həftə verilə bilər. O vaxta qədər Aİ tədricən məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

Bununla belə, iddia edilən məhdudiyyətlər hələ formal olaraq təklif edilməyib və dəyişdirilə bilər.

Aİ, həmçinin Rusiya və Belarusdan daha çox bankın, o cümlədən "Sberbank"ın SWIFT beynəlxalq banklararası ödəniş sistemindən çıxarılmasını tələb edəcək.

Hərbçilərə, sahibkarlara və onlarla əlaqəli şəxslərə qarşı da şəxsi sanksiyalar tətbiq edilə bilər. Bəzi mənbələrə görə, Aİ ölkələri dəniz ticarəti və limanlar üzrə mövcud məhdudiyyətləri sərtləşdirməyə çalışırlar.

.