Avropa İttifaqının (Aİ) dekarbonizasiya və "yaşıl" keçid strategiyasının vəzifələrindən biri Rusiya ilə uzunmüddətli qaz müqavilələrindən imtina etmək olacaq.
Bu barədə "Bloomberg" xəbər verir.
Məlumata görə, Avropa Komissiyası aydın vaxt çərçivələrini müəyyən etməyi planlaşdırır, hansılardan ki, sonra bütün uzunmüddətli razılaşmalar qadağa altında olacaq.
Qeyd olunur ki, söhbət 2049-cu ildən gedir. Qanun layihəsi dekabrın 15-də dərc olunacaq və ertəsi gün Aİ liderlərinin Brüssel sammitində müzakirə ediləcək.
Bundan başqa, sənəddə Aİ üzvlərinin enerji böhranına daha effektiv reaksiyası üzrə təkliflər var. Xüsusilə, söhbət yeraltı anbarlarda qaz ehtiyatlarına dair standartlardan gedir.
Qanun layihəsi Aİ-nin qaz təchizatı ilə bağlı probleminin həllini məhz onillikləri əhatə edən sazişlərdə görən Rusiyanın təklifləri ilə birbaşa ziddiyyət təşkil edir.
.
