Avropa İttifaqı ölkələri köhnə qitəyə təsir edən enerji böhranına qarşı tədbirlər görmək üçün yenidən bir araya gəlir.
Brüsseldə keçiriləcək ikigünlük sammitdə həmçinin Ukraynadakı münaqişə, o cümlədən Kiyevə maliyyə və hərbi yardımın göstərilməsi müzakirə ediləcək.
Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin sədrliyi ilə keçiriləcək iclasda Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen də iştirak edəcək.
Sammitin ilk günündə Ukrayna prezidenti Vladimir Zelenski də videokonfrans vasitəsilə çıxış edəcək.
Rusiya-Ukrayna müharibəsinin ortaya çıxardığı təhlükəsizlik vəziyyəti, alınacaq tədbirlər və son hadisələr liderlər tərəfindən dəyərləndiriləcək.
Liderlər Ukraynaya dəstək məsələsini də müzakirə edəcəklər.
Sammitin əsas mövzusu Avropada enerji böhranı olacaq. Liderlər təbii qazın və elektrik enerjisinin qiymətlərinin vəziyyətini və enerji təchizatının təhlükəsizliyini müzakirə edəcəklər.
.
