Fransa, Almaniya və İsveç oktyabrın 1-2-də Kopenhagendə keçirilməsi planlaşdırılan iki sammitin təhlükəsizliyinə dəstək üçün öz hərbçilərini və dron əleyhinə sistemlərini Danimarkaya göndərəcək.

Bu məsələ Avropa ölkələrində, o cümlədən Danimarkada iki dron hücumundan sonra daha da aktuallaşıb.

Oktyabrın əvvəlində Kopenhagendə Aİ dövlət və hökumət başçılarının qeyri-formal görüşü, daha sonra isə Avropa Siyasi Birliyinin sammiti keçiriləcək.

İsveçin Baş naziri Ulf Kristersson bildirib ki, Silahlı Qüvvələrin bölmələri, dron əleyhinə avadanlıq və radiolokasiya sistemləri Danimarkaya göndərilib.

Fransa Danimarkada 35 hərbçidən ibarət bölmə və aktiv radioelektron mübarizə kompleksləri yerləşdirib. Almaniyanın "FSG Hamburg" freqatı isə hava məkanının müşahidəsinə dəstək göstərəcək.

.