Avropa İttifaqı (Aİ) ölkələri martın 6-da keçiriləcək təcili sammitdə Ukrayna üçün təhlükəsizlik zəmanətlərini və suveren müdafiə tədbirlərini müzakirə edəcək.

Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Aİ liderlərinin görüşdə iştirakı üçün açıq dəvət məktubunda bildirib.

"Aİ Ukraynanın gələcək təhlükəsizlik təminatlarına töhfə verməyə hazır olmalıdır, bu, uzunmüddətli sülhü təmin etmək üçün vacibdir", - məktubda qeyd olunub.

Onun sözlərinə görə, iştirakçılar qısamüddətli perspektivdə ilk qərarları qəbul etmək məqsədilə "Avropa müdafiəsini" nəzərdən keçirəcəklər. Məqsəd Avropanın indiki və gələcək təhlükəsizlik çağırışlarına cavab vermək üçün daha effektiv və daha yaxşı hazırlıqlı ola bilməsidir.

O, Ukrayna Prezidenti Volodimir Zelenskini iclasda iştirak etməyə dəvət etdiyini bildirib.

.