"Hərtərəfli və dayanıqlı sülhə doğru irəliləyiş üçün həll olunmamış məsələlər həll olunmalıdır".

Bunu Avropa İttifaqının (Aİ) Cənubi qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar "Twitter" paylaşımında bildirib.

Aİ-nin xüsusi nümayəndəsi qeyd edib ki, bu gün 30 ildən artıq davam edən münaqişədə həlak olan və münaqişənin ağır təsirlərinə məruz qalan şəxslərin hamısını yad edirik: "Hərtərəfli və dayanıqlı sülhə doğru irəliləyiş və Ermənistan və Azərbaycan xalqılarının gələcəyə doğru birgə irəliləməsi üçün həll edilməmiş məsələlər həll edilməlidir. Avropa İttifaqı sizin və regionun yanındadır".
 

.