Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdam Dövlət Dram Teatrının binasının qalıqları ilə tanış olub.

T. Klaar binanın fasad divarına baxıb, dağıntıları gözləri ilə görüb.

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov T. Klaara ermənilərin işğal zamanı Azərbaycanın mədəni irsinə, o cümlədən Ağdam Dövlət Dram Teatrına vurduğu zərər barədə ətraflı məlumat verib. E. Hüseynov ermənilərin analoji əməlləri işğal etdiyi digər ərazilərdə də törətdiyini xüsusi nümayəndənin diqqətinə çatdırıb.

.