Bu gün Brüsseldə Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramına üzv dövlətlərin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

İclas zamanı iştirakçılar ittifaqla üzv ölkələr arasında tərəfdaşlığın yüksəldilməsinə dair fikir mübadiləsi aparacaqlar.

Aİ Şurasının yaydığı məlumata görə dekabrın 15-də Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammiti ərəfəsində təşkil olunmuş görüş zamanı idarəetmə, investisiya, həmçinin, dayanıqlılıq, bərpa və islahatlar üçün tərəfdaşlığın gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrılacaq.

.