
Avropa İttifaqının Ermənistana investisiyası 2.5 milyard avroya çatacaq.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa Komissiyası Prezidenti Ursula von der Leyen və Avropa İttifaqı Şurası Prezidenti Antonio Koşta arasında keçirilən görüşə dair birgə bəyanatda qeyd olunur.
Bəyanatda Aİ-nin Ermənistanın uzunmüddətli inkişafına dəstəyinin davam edəcəyi bildirilir.
Avropa liderləri Ermənistanın Aİ tərəfindən rəhbərlik edilən iqtisadi və regional təşəbbüslərə, o cümlədən Qara Dəniz Strategiyasına daxil edilməsinə dəstək göstəriblər.
Bundan başqa Ermənistanda azad informasiya dövriyyəsi üçün Aİ tərəfindən 1.5 milyon avro vəsait ayrılıb.
Avropanın ali diplomatları Ermənistana sanksiyalardan yayınmağa qarşı atdığı addımlara görə minnətdarlıqlarını bildiriblər.
.