
"Ukraynadakı böhran nəticəsində məlum oldu ki, Avropa Birliyinin zəif yeri enerji daşıyıcılarının təminatıdır”.
İTAR-TASS agentliyinin verdiyi məlumata görə, bunu Avropa İttifaqının (Aİ) iqlim dəyişiklikləri və energetika məsələləri üzrə komissarı Arias Kanyete bildirib.
"Avropa İttifaqı ölkələri arasında enerji təhlükəsizliyi baxımından ən zəifi Baltikyanı və Şərqi Avropa ölkələridir. Bunun üçün enerji resursları daşıyıcıları və marşrutların diversifikasiyası önəmlidir. Prioritet layihələr arasında Azərbaycan qazının Avropa ölkələrinə çatdıracaq Cənub qaz dəhlizinin tikintisidir”, - deyə avrokomissar qeyd edib.
Bundan başqa, o, Avropa ölkələrinin Norveç və Əlcəzairlə Aralıq dənizi qaz birləşməsinin yaradılması istiqamətində əməkdaşlığına da diqqət çəkib.
.