
"Avropa İttifaqı növbəti bir neçə ilə Fələstinin bir dövlət kimi formalaşdığını görmək istəyir". YeniZaman.az-ın "Russia Today”ə istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə yeni təyin olunmuş ali komissarı Federika Mogerini bildirib. Rəsmi fəaliyyətə başladığı gündən ilk müsahibəsini verən Aİ təmsilçisi "fəaliyyət müddətimin sonuna qədər Fələstini bir dövlət kimi görmək məni xoşbəxt edərdi”, - deyib. O, bu həftənin sonunda ilk rəsmi səfərini İsrailə edəcəyini, Tel-Əvivdə, Qüdsdə, Ramallahda və Qəzzada görüşlər keçirəcəyini söyləyib.
.