Aİ-nin əsas işləri ilə bağlı danışıqlar aparan altı lider, Almaniyadan Ursula von der Leyen, Portuqaliyadan Antonio Kosta və Estoniyadan Kaya Kallasın Avropa Komissiyasında, Avropa İttifaqı Şurasında və Aİ-nin xarici siyasət xidmətində ən yüksək vəzifələrə sahib olmaları barədə razılığa gəliblər.
Bu barədə "Politico" Aİ-dəki beş diplomatik şəxsə istinadən yazıb.
Danışıqların altı iştirakçısı Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Polşanın Baş naziri Donald Tusk (Avropa Xalq Partiyasından), İspaniyanın Baş naziri Pedro Sançez və Almaniya Kansleri Olaf Şolts (sosialistlər), Fransa Prezidenti Emmanuel Makron və Niderlandın Baş naziri Mark Ruttedir (liberallar).
Növbəti addım Aİ liderlərinin cümə axşamı günü Brüsseldə keçiriləcək görüşü olacaq və orada üç ad dövlət və hökumət başçılarına təsdiq olunmaq üçün təqdim olunacaq.
Anonimlik şərti ilə danışan rəsmilərdən biri İtaliyanın Baş naziri Giorgia Meloninin danışıqlarda iştirak etməməsinin ona xoş gəlməyəcəyini əlavə edib, çünki onun Avropa Parlamentindəki siyasi qrupu indi iyundakı seçkilərdən sonra üçüncü ən böyük qrupdur.
.