“Avropa İttifaqı ilə Azərbaycan arasındakı saziş hazırdır”. Bu barədə BMTM-nin sədri Fərid Şəfiyev 2021-ci ildə Mərkəzi fəaliyyətinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Fərid Şəfiyev sazişin bəzi müddəaları ilə bağlı fikir ayrılıqları olduğunu deyib. Belə məsələlər arasında enerji qiymətləri, Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyü və s. yer alıb.

Onun sözlərinə görə, Avropa Birliyi Azərbaycandan təbii qazı daxili bazara satdığı qiyməti xarici bazara da şamil etsin. Amma belə olan halda xaricə təbii qaz satışının Azərbaycan üçün iqtisadi səmərəliliyi olmayacaq.

“Aİ Azərbaycan istəyir ki, qazı daxili bazara satdığı qiymətə xarici bazara da şamil etsin. Təbii ki, daxili bazar üçün Azərbaycan güzəştlər tətbiq edir. Bunu xarici bazara tətbiq etmək iqtisadi maraqlara zidd ola bilər. Aİ bu müddəalarla bağlı güzəştə getsə, saziş imzalanacaq. İnanıram ki, enerji məsələsi ilə bağlı Aİ tərəfindən müəyyən kompromis mümkün olacaq. Ancaq digər məqamla bağlı Azərbaycan tərəfindən tələblər var”.

.