Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İsveçrəyə səfəri ləğv olunub.
Bu barədə RİA “Novosti” diplomatik mənbəyə istinadən məlumat verib.
Sergey Lavrov İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Haqları Şurasının iclasında iştirak etməli idi.
Avropa İttifaqının Rusiya aviaşirkətləri üçün hava məkanını bağlaması səbəbi ilə səfəri gerçəkləşdirmək mümkünsüz olub.
.
