Biz Ermənistanın Azərbaycanla sərhəddində missiyamızı gücləndiririk.
Bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozep Borell Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından sonra deyib.
Onun sözlərinə görə, missiya sərhədin həssas bölgələrində patrulların sayını artıracaq.