Avropa İttifaqı islahatların təşviqi və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün Ermənistana əlavə 140 milyon avro maliyyə yardımı göstərəcək.
"Armenpress" xəbər verir ki, bu barədə Avropa İttifaqının genişlənmə komissarı Marta Koss İrəvanda Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan ilə birgə mətbuat konfransında deyib.
Komissarın sözlərinə görə, son illərdə Cənubi Qafqaz vasitəsilə yük daşımalarının həcmində əhəmiyyətli dərəcədə artım müşahidə olunub və bu rəqəm 2022-ci ildən bəri dörd dəfə artıb.
Aİ ilə Ermənistan heç vaxt indiki qədər yaxın olmayıb
Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Bu barədə Kos “X” hesabında qeyd edib.
Onun sözlərinə görə, Aİ və Ermənistan arasında əlaqələr heç vaxt bu qədər yaxın olmayıb: “Yaxın Şərqdə böhranın olduğu bir vaxtda bizim münasibətlərimiz və Cənubi Qafqazda sülhə yönəlik gördüyümüz işlər Asiya ilə enerji və ticarət bağlantıları üçün daha vacib xarakter alıb.
Baş nazir Paşinyanla regionu daha yaxşı əlaqələndirməyin yollarını, rifahın və davamlı sülhün necə təmin oluna biləcəyini müzakirə etdik”, - Kos bildirib.
.
