
Ermənistan və Azərbaycan arasında daha yaxşı münasibətlər regionda davamlı sülhə yol aça bilər.
Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.
“Bu gün biz Ermənistanla Azərbaycan arasındakı münasibətləri də müzakirə etdik. Aİ iki ölkə arasında suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında münasibətlərin normallaşmasına güclü dəstək verməkdə davam edir. Bu üç prinsipin alternativi yoxdur. Biz ikitərəfli normallaşma yolunun irəliləməsindən məmnunuq. Ermənistan və Azərbaycan arasında daha yaxşı münasibətlər regionda davamlı sülhə yol aça bilər”, - Kallas qeyd edib.