
Avropa İttifaqı Rusiyaya məxsus maye qazdan istifadəni 2027-ci il yanvarın 1-ə qədər dayandırmaq niyyətindədir.
Bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas özünün “X” hesabında deyib.
Kallas Rusiyaya müharibədə kömək edənlərin bunun nəticələri ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.
“Rusiyanın müharibəsinə kömək edən və sanksiyalarımızdan yayınmağa çalışanlara mesajımız aydındır- siz bunun nəticələri ilə üzləşəcəksiniz. Bu gün biz Rusiyanın həbri-sənaye kompleksinə dəstək göstərən və Çin kimi üçüncü ölkələrdə olan mühüm aktorlara qarşı sanksiyalar təklif etmişik”,- Kallas qeyd edib.
Avropalı diplomat Rusiyanın enerji resursları daşıyan daha 118 gəmisini “kölgə donanması” kimi tanıyaraq onlara sanksiya tətbiq etdiyini bildirib.
Kaya Kallas həmçinin, ukraynalı uşaqların qaçırılaraq ruslaşdırılması ilə məşğul olan şəxslərə qarşı da sanksiyalar tətbiq edilməsinin asanlaşdıracağını bəyan edib.
.