"Bizim problemlərimiz demək olar ki,bitib,tukənmək bilmir.Yol, qaz, su, işıq hamısı başımıza bəla olub". Bunu deyən Ağsu rayon Çaparlı kəndinin sakinlərini dilə gətirən səbəblər kommunal problemlər və şagirdlərin məktəbdə üzləşdiyi bərbad durum olub. Belə ki, rayonun orta məktəblərində vəziyyət demək olar ki, acınacaqlı durumdadır. Təbii ki, bu hal da övladlarının gələcəyini düşünən valideynlərin, bir o qədər də təhsil alıb, gələcək həyatlarını sığortalamaq arzusunda olan gənclərin haqlı narazılığına səbəb olur.
Məsələyə münasibət bildirən rayon Təhsil şöbəsinin müdiri Tahir Xası bildirib ki, Çaparlı kəndində yerləşən məktəb 2015-ci ildə əsaslı təmir proqramına salınıb və tezliklə bu məktəbin təmirinə başlanılacaq.
lakin bu rayonda sakinlərin problemi təkcə orta məktəblə bitmir. Sakinlər bildirirlər ki, ciddi yol, qaz, su, işıq problemləri yaşayırlar: "Demək olar ki, rahat yaşayışımız yoxdur. Butun bu məsələlərlə bağlı dəfələrlə İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyeva müraciət etmişik. Lakin heç bir reaksiya yoxdur”.
Ağsu rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Ancaq rayon icra hakimiyyətinin rəsmiləri hər dəfə muxtəlif bəhanələr gətirərək musahibə verməkdən yayındılar! Movzunu diqqətdə saxlıyacağıq.
.