Ağsu, Oğuz və Salyan rayonlarına yeni prokurorlar təyin olunub.

Bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Sumqayıt şəhər prokurorun müavini Elnur Cəfərov tutduğu vəzifədən azad olunaraq Ağsu rayon Prokuroru vəzifəsinə təyin olunub.

Bundan başqa, Ağsu rayon prokuroru Rəşad Mansurov tutduğu vəzifədən azad olunaraq Salyan rayon prokuroru təyin edilib.

Kamran Əliyevin digər əmri ilə Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emil Kərimov Oğuz rayon prokuroru təyin olunub.

.