Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə ötən gün axşam saat 19:00 radələrində şəhərin mərkəzi hissəsində Səməd Vurğunun adını daşıyan parkda baş verib. 1979-cu il təvəllüdlü 36 yaşlı Emil Abbasov naməlum şəxs tərəfindən biçaqlanib. Yaralı Ağstafa rayon Mərkəzi Xəstəxanasina çatdirilib.
Xəstəni müayinə edən həkim Elvin Haciyev döş qəfəsindən yaralanan Emil Abbasovun vəziyyətini ağır kimi qiymətləndirib.
Faktla bağlı araşdırma aparılır.
.