İŞİD terror təşkilatının qurucularından biri İraqın Ninova vilayətinin mərkəzi Mosulda öldürülüb.
Bu barədə Kürdüstan Demokrat Partiyasının Mosul bölməsinin nümayəndələrindən olan İsmət Rəcəb bildirib.
Onun sözlərinə görə, İŞİD-in qurucularından olan və "Əbu Həsən Əl-Cezravi" adı ilə tanınan Ömər Əl-Ceris zərərsizləşdirilib. Onun olduğu avtomobil karvanına 3 raketin atıldığı bildirilir.
İraq ordusu noyabrın 2-də təşkilatın "Səuidiyə müftisi”nin öldürüldüyünü açıqlamışdı. (publika.az)
.