Ağır yol qəzası - Bir ailənin 3 üzvü yaralandı

4,678 oxunub

Oğuzda baş verən yol-nəqliyyat hadisəsində 3 nəfər xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə fevralın 23-ü axşam saat 21 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib. Əslən Xankəndindən olan və hazırda Zaqatala şəhərində məskunlaşan məcburi köçkün Saqif Vaqif oğlu Allahverdiyev iradə etdiyi "Opel” markalı, 10 LS 120 dövlət nömrə nişanlı avtomobil qəzaya düşüb.

Nəticədə avtomobildə olan sərnişinlər, sürücünün atası - 1958-ci il təvəllüdlü Vaqif Misir oğlu Allahverdiyev, həyat yoldaşı, 1962-ci il təvəllüdlü Əfruz Camal qızı Allahverdiyeva və ailənin digər üzvü, 1951-ci il təvəllüdlü Leyli Cəbrayıl qızı Allahverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

V.Allahverdiyev və Ə.Allahverdiyeva Oğuz Mərkəzi Rayon Xəstəxanasına, L. Allahverdiyava isə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Oğuz MRX-dan verilən məlumata görə, xəsarət alanların vəziyyəti orta-ağır qiymətləndirilir.

Şəki MRX-dan isə bildirilib ki, L. Alllahverdiyevaya ağır qapalı kəllə-beyin travması alıb.

Faktla bağlı DİN-in Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

.
XƏBƏRLƏR 10-04-2026
09-04-2026
20:12 Hakan Fidan: Türkiyə ABŞ və İran arasındakı atəşkəsi alqışlayır
20:09 Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
19:10 Media: İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
19:03 WUF13: Avtomobillərin hərəkətinin monitorinq ediləcəyi istiqamətlər məlum olub
19:01 Azərbaycanın İrana humanitar yardımların çatdırılmasındakı rolu Quterreşin nümayəndəsinin diqqətinə çatdırılıb
18:56 XİN: İran atəşkəsin pozulmasına cavab vermək üzrə idi, Pakistan araya girdi
18:31 Rusiya XİN: Moskva razılaşmaların Livana da aid olduğuna inanır
18:18 Putin sovet xalqının soyqırımını inkar etməyə görə cinayət məsuliyyəti haqqında qanunu imzalayıb
18:15 Rəsmi Tehran: Hörmüz boğazı ABŞ gəmiləri üçün də açıqdır, amma İranın razılığı alınmalıdır
18:09 İranın tələbi: Şərtlərimiz qəbul edilməsə, döyüş əməliyyatlarını intensivliklə bərpa edəcəyik
18:03 AK Partiya sözçüsü: İstanbulda İsrail konsulluğu qarşısında atışma Türkiyəyə mesaj idi
18:01 IDF: Hizbullahla əlaqəli qrupun yüksək rütbəli komandiri məhv edilib
17:38 Cəlal Qasımov: "Kapital bazarı məhduddur və özəl emitentlərin sayı azdır"
17:31 Zelenski ABŞ-ın Vitse-prezidentinin “bir neçə kilometr üçün alver” sözlərinə cavab verib 
17:23 Spiker: Azərbaycan, Türkiyə və ŞKTC parlamentlərinin üçtərəfli formatı ortaq maraqlara xidmət edir
Təqvim