Ağır yol qəzası - 1 ölü, 1 yaralı

4,090 oxunub

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Fevralın 27-də saat 01 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində qəsəbə sakini Emil Rzayev idarə etdiyi "BMW" markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

.
Təqvim