“Vaksinasiyada iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələr nəzərdə tutulmayıb”. 

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aynurə Əhmədova “İcbari tibbi sığorta sistemində tibb işçilərinin əməkhaqlarının hesablanması qaydası” mövzusunda çıxışında deyib. O bildirib ki, yalnız koronavirusla mübarizədə iştirak edənlərə əlavələrin verilməsi  nəzərdə tutulub: “Çünki vaksinasiyada iştirak edən tibb işçiləri sağlam insanlarla işləyirlər. Onlar koronaviruslu xəstə deyil”.

A.Əhmədova əlavə edib ki, Bakıda çalışan tibb işçiləri icbari tibbi sığorta əlavəsini may ayında alacaqlar.

.