Ağdərədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Hadisə rayonun Vəngli kəndində qeydə alınıb.

Belə ki, "Niva" və sərnişin mikroavtobusu toqquşub. Hadisə nəticəsində mikroavtobusun sərnişinləri: 1966-cı il təvəllüdlü Hacıyeva Nərgiz Əmrah qızı, 2011-ci il təvəllüdlü Babayeva Minarə Elnur qızı, 1989-cu il təvəllüdlü Həsənova Həcər Əli qızı, 1984-cü il təvəllüdlü İmanova Raidə Bəxtiyar qızı, 2018-ci il təvəllüdlü İmanov Hüseyn Pərviz oğlu xəsarət alıblar.

Yaralılar Bərdə Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, mikroavtobusun sərnişinləri tur çərçivəsində Qarabağa gəzməyə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

.