İşğaldan azad edilən Ağdərə ərazisində minatəmizləmə əməliyyatlarının aparıldığı sahələrə mediatur təşkil olunub.

Yenizaman Trend-ə istinadən xəbər verir ki, qonaqlara Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minalardan və partlamamış döyüş sursatlarından təmizlənmə işləri barədə məlumat verilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində azad edilmiş ərazilərimizdə cari ilin dekabr ayının 1-dən 12-dək olan müddət ərzində 134 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.

Təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə qeyd olunan müddət ərzində 1069 m yol qar örtüyündən təmizlənib, 260 m yeni təminat yolları mühəndis-istehkam bölmələri tərəfindən çəkilib.

 

Azad edilmiş ərazilərdə 2023-cü il ərzində mühəndis-istehkam bölmələri tərəfindən ümumilikdə 6863 hektar ərazidən 234 ədəd piyada əleyhinə, 706 ədəd tank əleyhinə mina və 1405 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq zərərsizləşdirilib. Həmçinin 1730 metr yol qar örtüyündən təmizlənib, 13660 metr yeni təminat yolları çəkilib.

Geniş videoreportajı təqdim edirik:

 

 

 

.