
Ağdaşda yol qəzasında ölən şəxslərin bacı olduqları məlum olub.
Hadisə oktyabrın 7-də Ağdaş rayonunun Əmirarx kəndi ərazisində baş verib.
Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən - 1976-cı il təvəllüdlü Sədaqət Ramazanova və onun bacısı 1978-ci il təvəllüdlü Elnarə Soltanovanı vurub. Onlar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Onlar həkim qəbuluna gedirmişlər.
Astara rayonunun Giləkəran kənd sakinləri olan bacılar doğulduqları kənddə dəfn olunublar.
.