Ağdaşda anasını qətlə yetirməkdə şübhəli bilinən oğlu polis tərəfindən saxlanılıb.

Martın 23-də səhər saat 6 radələrində Ağdaş rayonunun Aşağı Qobuüstü kəndində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən qadının oğlu, 37 yaşlı Rahib Əbilov saxlanılıb.

Araşdırma aparılır.

.