Ağdamda Xaçın çayından sel keçib.

Son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Xaçın çayında suyun səviyyəsi yüksəlib. Sel suları Ağdamın Xaçınçay qəsəbəsini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun bir hissəsini yuyub. Həmçinin sel nəticəsində qaz xəttinə ziyan dəyib.

Hazırda əraziyə aidiyyəti qurumların texnika və canlı qüvvəsi cəlb olunub, yaranan problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülür, vəziyyət nəzarətdə saxlanılır.

.