Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirilən tədbirlər zamanı evlərin birinin zirzəmisindən silah-sursat aşkar ediblər.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Polis əməkdaşları tərəfindən rayonun Sırxavənd kəndi ərazisində yerləşən fərdi yaşayı evinin zirzəmisindən 6 ədəd avtomat, 1 ədəd pulemyot, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

.