Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına böyük maraq göstərilir. Bu sənaye parklarının rezidenti olmaq üçün sahibkarlar tərəfindən İqtisadiyyat Nazirliyinə 10-dək layihə təqdim edilib.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

O qeyd edib ki, bu layihələrin ilkin investisiya dəyəri 40 mln. manata yaxındır. Hazırda layihələrin dəyərləndirilməsi aparılır.

.