“Ağdam və Füzuli şəhərlərinin baş planları hazırdır, Hadrut, Suqovuşan, Talış və Tuğun baş planlarının hazırlanması başa çatmaqdadır”.

Bunu bu gün Yeni Azərbaycan Partiyası və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli” mövzusunda Qələbənin ikinci ildönümü - Zəfər Gününə həsr olunmuş konfransda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Emin Hüseynov deyib ki, azad olunmuş ərazilərdə 260-dan çox şəxs minaya düşərək həlak olub, yaralanıb: “Bu gün azad olunmuş ərazilərdə 9 magistral avtomobil yolu, 2 dəmir yolu tikilir. Yaxın vaxtlarda İmarət kompleksində bərpa işlərinə, o cümlədən Ağdam və Füzulidə meşə parklarının layihələndirilməsinə başlanılıb”.

O vurğulayıb ki, tezliklə Ağdam və Füzulidə iki mərkəzi xəstəxanın tikintisinə başlanılacaq.

.