Ağdam Sənaye Parkının təşkili, infrastrukturun yaradılması və investorların bura cəlb olunması istiqamətində aktiv işlər aparılır.

Bunu Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, bu günədək investorlar tərəfindən çox sayda müraciətlər daxil olub: "Müraciətlərin ümumi investisiya dəyəri 100 mln. manatdan çoxdur. Hazırda bu investisiya layihələri dəyərləndirilir və yaxın zamanlar həmin layihələrin icrası ilə bağlı işlərə başlanacaq".

.