Ağdam-Əgəran-Xankəndi avtomobil yoluna 10 Kv-luq elektrik xətti çəkilir.
İlkin mərhələdə çəkilən elektrik xəttinin uzunluğu 1500 metr olacaq. 110/35/10 Kv-luq elektrik xətti hazırda Ağdam-Əsgəran-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyin ərzaq yüklərinin dayandığı əraziyə çəkilir. Xəttin Ağdam-2 yarımstansiyasından çəkildiyi bildirilir. Yola ümumilikdə 34 işıq dirəyi basdırılacaq, artıq 20 ədədi basdırılıb. İşlərin günün sonuna kimi yekunlaşması nəzərdə tutulub.
.